"Bakı-2015" I Avropa Oyunlarında suyatullanma yarışları davam edir.
Sportarena.az xəbər verir ki,kişilər 3 metrlik sinxron tramplinlərdə, qadınlar isə 1 metrlik tramplində güclülərin adına aydınlıq gətirib.
Bu yarışlarda Azərbaycanın yeganə qadın təmsilçisi olan Olqa Bıkovskaya çıxışını başa vurub. 265,20 xal toplayan idmançımız 29 iştirakçı arasında 27-ci olub. İlk 14 yerin sahibi final mərhələsinə yüksəldiyi üçün təmsilçimiz yarışda mübarizəni dayandırıb.
Qeyd edək ki, platforma yarışlarında finala yüksələn Bıkovskaya 11-ci olmuşdu.