"Qarabağ" 2015/16 mövsümünün hazırlığına start verib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son ölkə çemponu və kubokun sahibi olan komanda ötən il olduğu kimi, bu dəfə də təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
Avstriya - Almanya sərhəddində,
"Qarabağ" Bakıdan təlim-məşq toplanışına tam heyətlə yollanmayıb. Əsas və U-21 millisində olan futbolçular ötən mövsümü gec qapadığından komandaya iyunun 23-də qoşulacaqlar. Ötən mövsümün gedişində komandanın sıralarına qatılsa da, reqlament səbəbindən meydana çıxmaq şansı olmayan Dani Kintana da Münhendə düşərgəyə qoşulub. Digər legionerlər isə bu gün və sabah komandanın düşərgəsinə qoşulacaqlar. Sadəcə, sentyabrdan zədəli olan braziliyalı legioner Çumbinyonun iyunun 30-da təlim-məşq toplanışına qoşulacağı gözlənilir.
"Qarabağ" Avstriyada təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcək. Oyunlar iyunun 30-da, iyulun 4, 7 və 8-də olacaq.
Bu günə komandanın tək məşqi var. Futbolçular yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) günün yeganə çalışmasına çıxacaq.