Türk klubu transfer bombası partlatmaq istəyir: Eto, Ronaldinyo və Afellay

19:46 19 İyun 2015

Bir il aradan sonra Türkiyə Super Liqasında yenidən yüksələn "Antalyaspor" transferdə böyük işlər görmək istəyir.

Klub prezidenti Gültekin Gencer 3 məşhur futbolçu ilə görüşdüklərini açıqlayıb.

Mətbuat konfransı təşkil edən "Antalyaspor" prezidenti Samuel Eto, Ronaldinyo və İbrahim Afellay ilə transferlə bağlı danışıqlar aparıldığını bildirib:

"Bu 3 futbolçudan biriylə 10 gün ərzində müqavilə imzalamaq istəyirik. Bu transferin "Antalyaspor" klubuna zərər verəcəyini zənn etmirik. Transfer, klub rəhbərliyinin təmin edəcəyi sponsorluq və reklam gəlirləri ilə həyata keçiriləcək. Eyni zamanda, bilet və forma satışından da gəlirlər əldə etməyi hədəfləyirik", - deyə klub prezidenti söyləyib.

Qeyd edək ki, bir müddətdir ki, Türkiyə KİV-ində "Antalyaspor"un böyük transferlər edəcəyi yazılırdı. Bir il aradan sonra Türkiyə Super Liqasına qayıdan klub mövsümə yaxşı başlamaq üçün heyətini gücləndirir. /ans/

 

 


Digər xəbərlər

Xəbər xətti