SON XƏBƏR - "Xəzər-Lənkəran" İsveç klubunun hücumçusunu transfer edir

01:43 20 İyun 2015

Gələn mövsüm üçün iddialarını artıran "Xəzər Lənkəran" trasnfer çalışmalarını davam etdirir. AvroFutbol.com-a daxil olan etibarlı məlumata görə Lənkəran təmsilçisinin transfer eləmək istədiyi növbəti oyunçunun adı da artıq məlumdur.Bu, Kvame Amponsah Karikaridir.

 

Hal-hazırda İsveçin "Halmstads" klubunda çıxış edir. 2009-2011-ci illərdə Qananın "İnternational Allies" klubunda 36 oyun keçirib və 13 qol vurub. Bu komandakı yaxşı çıxışından sonra 2011-ci ildə İsveçin "AİK" klubuna transfer olunub. "AİK"-in heyyətində 43 oyuna 8 dəfə rəqib qapısına yol tapa bilib.

 

 "AİK" 2012-ci ildə Karikarini İsveçin "Degerfors İF" klubuna icarəyə verib.Karikari, burada 15 oyuna 6 dəfə rəqib torları sirkələyib. 2013-2014-cü illərdə Türkiyə PTT 1-ci liqasına "Balıkesirspor" klubuna icarə əsasında top qovub və Balıkesirdə 23 oyuna 11 dəfə rəqib komandaları meydana mərkəzdən başlamağa məcbur edib. İcarə müddəti bitdiyi üçün yenidən "AİK" klubuna qayıdıb. "AİK" ilə müqaviləsi bitdikdən sonra İsveçin "Halmstads" klubunda çıxış edir. 6 oyuna 2 qol vurub.

 

 Ümumilikdə karyerasını ərzində 123 oyunda 40 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti