“Bakı 2015” I Avropa Oyunlarının səkkizinci yarış günündə medallar sahiblərini tapıb.
Sportarena.az xəbər verir ki, iyunun 19-u Azərbaycanın qazandığı medalların sayı 30-a çatıb. Bu gün də reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 27 qızıl, 12 gümüş, 10 bürünc (49).
Azərbaycan da mövqeyini qoruyub. Ölkəmiz ikinci yeri əldən verməyib (13 qızıl, 5 gümüş, 12 bürünc).