"Bakı-2015" : Azərbaycan oxatanları 1/16 final mərhələsi uğrunda yarışacaq

10:32 20 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsi keçiriləcək.

Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunacaq. İlk təmsilçimiz saat 11:36-da yarışa qatılacaq. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq Aleksey Kopnin isə reytinq mərhələsini 301 xalla 57-ci yerdə tamamlamışdı.

Reytinq mərhələsində 328 xalla 45-ci olan Taras Senyuk lüksemburqlu Ceff Henke ilə üz-üzə gələcək. Rəqiblərin mübarizəsi saat 14:26-da başlayacaq.

314 xalla 50-ci olan Roman Vengerovun rəqibi isə fransalı Lukas Danieldi. Saat 15:44-də hədəf önünə keçəcək idmançılar qalibi müəyyənləşdirəcək.

Bildirək ki, 1/16 final mərhələsi iyunun 22-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti