"Bakı-2015"də taekvando yarışları yekunlaşdı - ƏN GÜCLÜ AZƏRBAYCAN MİLLİSİ OLDU

10:47 20 İyun 2015

Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatıb. 
 

Dörd gün ərzində 8 dəst medal öz sahibini tapıb.Azərbaycan yığması yarışa qatılan bütün rəqiblərini qabaqlayaraq, Avropa Oyunlarının ən yaxşısı adına yiyələnib. Hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc olan taekvondo millimiz mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticə göstərib.

Qeyd edək ki, taekvondoçularımızdan Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) Avropa Oyunlarında qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova isə (49 kq) bürünc qazanıb. 

Qeyd edək ki, siyahıda ikinci Böyük Britaniya millisi, üçüncü isə Rusiyadır.


Digər xəbərlər

Xəbər xətti