"Qarabağ" təlim-məşq toplanışında olduğu Avstriyada ilk məşqinə çıxıb.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayan məşqə komanda tam heyətlə çıxa bilməyib.
İlk gün yüngül məşqlə kifayətlənən "Qarabağ"ın bugünə 2 məşqi planlaşdırılıb.