Azərbaycan çempionatının bombardiri Nurlan Novruzov karyerasının Türkiyədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, futbolçu PTT I liqa təmsilçisi "Elazığspor"la razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı da məlumat yayıb. Yayılan xəbərlərə görə, futbolçumuz dünən rəsmi müqaviləyə də qol çəkib.