Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz"in hazırlıq planı bəlli olub.
Sportarena.az хəbər verir ki, Gəncə təmsilçisi 3 mərhələdən ibarət hazırlıq keçəcək. Komanda iyunun 20-dən 28-dək Gəncədə hazırlaşacaq. "Kəpəz" iyulun 1-dən 10-dək baş məşqçi Şahin Diniyevin başçılığı altında Bakıda təlim-məşq toplanışında olacaq.
Hazırlığın üçüncü mərhələsi isə Türkiyədə baş tutacaq. Ankarada keçiriləcək təlim-məşq toplanışı iyulun 13-də başlayacaq və 25-də başa çatacaq. Burda legionerlər baхışa gələcək və yoхlama oyunları keçiriləcək.