Müqavilə ilə "Çelsi"yə məxsus olan Qael Kakuta özünə yeni klub tapıb.
"Sevilya" 23 yaşlı fransalı yarımmüdafiəçi ilə rəsmən müqaviləyə imza atıb. Müqavilənin müddəti hələlik məlum deyil.
Qeyd edək ki, geridə qalan mövsümü "Rayo Valyekano"da icarə əsasında keçirən Kakuta çıxdığı 35 matçda 6 qol və 7 asistlə yadda qalıb.