"Bakı-2015" : Azərbaycan 14-cü qızıl medalı qazandı

22:30 20 İyun 2015

Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edən gimnastımız Oleq Stepko bu gün növbəti medal qazanıb.

21 yaşlı idmançı  paralel qollarda yarışında 15.733 xal yığaraq qızıl medala sahib çıxıb. Bu, Azərbaycanın Avropa Oyunlarındakı 14-cü qızılı olub.

Rusiyalı David Belyavski 15.700 balla gümüş, rumıniyalı Marius Berbekar 15.600 balla bürünc medal əldə edib.

Qeyd edək ki, Oleq Stepko bu gün gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti