“Bakı 2015” I Avropa Oyunlarında doqquzuncu yarış günü medallar sahiblərini tapıb.
İyunun 20-i Azərbaycanın qazandığı medalların sayı 33-ə çatıb. Reytinq cədvəlinin lideri isə dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 29 qızıl, 17 gümüş, 13 bürünc (59).
Azərbaycan da mövqeyini qoruyub. Ölkəmiz ikinci yeri əldən verməyib (14 qızıl, 6 gümüş, 13 bürünc). Azərbaycan təmsilçisi olan gimnast Oleq Stepko bu gün aktivinə daha 3 medal yazdırıb. O, ümumilikdə Avropa Oyunlarda 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) qazanaraq yarışlarda hələlik ən çox medal qazanan atlet adını qazanıb və rekorda imza atıb.
Son üç gündə üçüncü yeri əldən verməyən Macarıstan isə 3 pillə geriləyib. Onun yerini Almaniya tutub (8 qızıl, 9 gümüş, 9 bürünc).
Türkiyə isə bir pillə də geriləyib, 8-ci yerdə qərarlaşıb (5 qızıl, 3 gümüş, 15 bürünc).
Medalların sayına görə, ölkələrin onluq siyahısını təqdim edirik: