"İndiyədək Azərbaycanı güləş ölkəsi kimi tanıyırdılarsa, bundan sonra..." - AÇIQLAMA

15:15 21 İyun 2015

"İndiyə qədər Azərbaycanı güləş ölkəsi kimi tanıyırdılarsa, bundan sonra gimnastika ölkəsi kimi də tanıyacaqlar".

Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında Avropa Oyunlarında gimnastlarımızın qazandığı medalları şərh edərkən deyib.

Ç.Hüseynzadə bildirib ki, gimnastlarımızın qazandığı medallar sevindirici haldır və onlar Azərbaycana uğur gətirdilər: "Bir həftədən sonra ilk Avropa Oyunlarının bağlanışı olacaq, Azərbaycan idmançıları xeyli sayda medal qazanıblar. Ümid edirəm ki, qalan bir həftədə də idmançılarımız yeni medalları ilə Azərbaycanı sevindirəcəklər".

Qeyd edək ki, Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Görüş iştirakçıları ötən gün Avropa Oyunlarında idman gimnastikasında Azərbaycana 3 medal - 1 qızıl, 1 gümüş, 1 bürünc - qazandıran Oleq Stepkonu təbrik ediblər.

Tədbirdə O.Stepkoya xatirə hədiyyələri təqdim edilib.

Xatırladaq ki, artıq Azərbaycan gimnastları 6 medal - 1 qızıl, 2 gümüş və 3 bürünc qazanıblar.

(Trend)


Digər xəbərlər

Xəbər xətti