“Belə ağır yarışa çıxmaq asan olmadı” - Pərviz Bağırov

15:26 21 İyun 2015

69 kq-da Pərviz Bağırov Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsində moldovalı Vasili Belousla görüşüb. 
 

Sportarena.az "Qafqazinfo"a istinadən xəbər verir ki,İdmançımız rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. O, qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib. Bağırov görüşdə tam gücü ilə vuruşa bilmədiyini deyib: 

“Əslində bu yarışlara 100 faiz hazıram. Sadəcə bu gün 60 faizini rinqdə göstərə bildim. Uzun müddət idi ki, döyüşmürdüm. Birdən-birə belə ağır yarışa çıxmaq asan olmadı. Bugünki görüş də çətin keçdi. Birinci görüş həmişə həm psixoloji cəhətdən, həm də həyəcan baxımından gərgin keçir.Bu da özünü göstərirdi. Rəqibim 2 dəfə Olimpiya oyunlarının iştirakçısıdır. Onunla 2012-ci ildə Qazaxstanda qarşılaşmışdıq və həmin görüşdə də bu rəqibi məğlub etmişdim. Onda 2-ci görüşüm idi deyə daha yaxşı çıxış etmişdim”. İdmançımız 5 aydan sonra ilk dəfə rinqə çıxmasına baxmayaraq medallara iddialı olduğunu bildirib: 

“Qarşıda daha çətin görüşlər olacaq. Düzdü, 5 aydan sonra rinqə çıxıram. Amma qalib gəlmək üçün əlimdən gələni edəcəm”.


Digər xəbərlər

Xəbər xətti