"Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var"

15:40 21 İyun 2015

2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var. 

 

Sportarena.az xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

 

P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib:

 

“Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı".

 

O, qeyd edib: "Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib". (trend.az)


Digər xəbərlər

Xəbər xətti