Avropa Oyunları çərçivəsində kişilər arasında şose velosipedi üzrə idman yarışları start götürüb.
Azərbaycanı yarışlarda Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov təmsil edib.
Ümumilikdə isə qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparıb.
Yaırşların qalibi ispaniyalı velosipedçi Luis Leon Sançes Gil olub. O, 214 kilometrlik məsafəni 5 saat 27 dəqiqə 25 saniyəyə qət edib. Ukrayna idmançısı Andrey Qrivko finişə ikinci çatıb. Çexiyalı Pyotr Vakoç isə üçüncü yeri tutub.
Elçin Əsədov finişə 55-ci çatıb. Samir Cəbrayılov isə yarışın yarısında şosedən çıxıb.