Bakıda keçirilən ilk Avropa Oyunları böyük marağa səbəb olub. Nəinki Avropa, həm də bütün dünyanın diqqət mərkəzində olan bu möhtəşəm idman tədbirində “Zirvə” Beynəlxalq İdman Klubunun da kiçik imzası var.
Klubun qadın samboçusu Fəridə Qurbanova bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində tatami üzərinə çıxıb. O, 64 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb. Təəssüf ki, idmançımız uğursuzluqla üzləşib. O, ilk görüşdə rumıniyalı rəqibi Yektaerina Kretuya (0:4) məğlub olaraq yarışdan kənarda qalıb.
Daha bir idmançımız – cüdoçu Günel Həsənli iyunun 27-də mübarizəyə qoşulacaq.