Premyer Liqanın son qalibi "Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az Futbol+ qəzetinə istinadən xəbər verir ki, bu braziliyalı futbolçu Danilo Diasdır. Uzun müddətlik zədədən sonra özünə gələ bilməyən futbolçu rəsmən komandadan göndərilib.
Qeyd edək ki, Dias 2014-cü ildən "Qarabağ”ın şərəfini qoruyurdu.