"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

15:18 22 İyun 2015

Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə  ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşib.

 

Son mövsümün çempionu "Qarabağ" Çernoqoriya təmsilçisi "Rudar"la qarşılaşacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.

 

II təsnifat mərhələsi


"Hibernians" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail)

APOEL (Kipr) - "Vardar" (Makedoniya)

"Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro)

"Sarayevo" (Bosniya və Herseqovina) - "Lex" (Polşa)

"Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan)


Digər xəbərlər

Xəbər xətti