“Qarabağ”ın rəqibini tanıyaq

18:40 22 İyun 2015

Artıq Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan təmsilçisi “Qarabağ” Monteneqronu təmsil edən “Rudar” klubu ilə 2-ci təsnifat mərhələsində üz-üzə gələcək. 
 

1955-ci ildən adı “Rudar” olan klub ondan əvvəl müxtəlif adlar altında fəaliyyət göstərib. Klub 1920-ci ildə bu Plevli şəhərində yaranıb. Adı “Brejnik” olan komanda 3 il sonra “Sancaq” adı altında fəaliyyətini davam etdirir. 2-ci Dünya müharibəsindən sonra isə “Yedinstvo” (“Birlik”) adı altında çıxış etməyə başlayan klub 1955-ci ildən müasir adı il faəliyyətini davam etdirir. Bu adın tərcüməsi isə “Şaxtaçılar”dır.

2006-cı ildə qurulan Monteneqronun əsas liqasında mübarizə aparan klubun ən böyük uğuru elə bu ilə təsadüf edir. Ölkə çempionatında birinci yeri tutan komanda məhz Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Hazırda klubun rəhbəri Duşko Sariçdir. Komandanın çalışdırıcısı isə Mirko Mariçdir.

"Rudar" oyunlarını "Qradski Arena"da oynayır. Stadionun tutumu isə 10 min nəfərdir.


Digər xəbərlər

Xəbər xətti