"Hədəfim qızıl medal qazanmaq idi" - Nəzakət Xəlilova

20:33 22 İyun 2015

"Hədəfim qızıl medal qazanmaq idi. Təsssüflər olsun ki, alınmadı. Rəqibim çox təcrübəli idi. 30 yaşlı rəqibim 2 qat dünya çempionu ilə finalda mübarizə apardım. İlk dəfə qarşılaşmağımıza baxmayaraq onun əvvəlki çıxışlarını izləmişdim. Amma çox çalışsam da, alınmadı".

Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 52 kq çəki dərəcəsində qadın samboçularının yarışında gümüş medal qazanan Nəzakət Xəlilova jurnalistlərə deyib.

Hələ gənc olduğunu vurğulayan idmançımız bildirib ki,  daha yüksək nəaliyyətlər qazanmaq üçün vaxtı var:

"Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Bütün diqqətimi bu oyunlara yönəldəcəm ki, orada qızıl medal qazanım. Qələbəni ailəmə və müəllimimə həsr edirəm. Çünki üzərimdə onların əməyi çox olub".


Digər xəbərlər

Xəbər xətti