“Oyunumuzu rəqibə görə qurmayacağıq”- Samir Əliyev

21:00 22 İyun 2015

“Bildiyiniz kimi komandamız təzə yığılıb. Əsas məqsədimiz odur ki, bu qısa vaxt ərzində yaxşı hazırlaşaq və layiqli çıxış edək”. 
 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”-nin baş məşqçisi Samir Əliyev deyib.

Klubun rəsmi saytına verdiyi açıqlamada UEFA Avropa Liqasının püşkünün nəticəsini dəyərləndirən gənc mütəxəssis komandasında bəzi problemlərin olduğunu, ancaq bacardıqları qədər layiqli çıxış etməyə çalışacaqlarını bildirib:

“İndiki vəziyyətdə dayaq yarımmüdafiəçisi mövqeyində problemimiz var. Erik Ramosla yanaşı Kaue də ilk oyunda meydana çıxmayacaq. İkinci matçda isə o, bizə kömək edə biləcək. Ona görə çalışacağıq ki, birinci oyunda sərfəli nəticə əldə edək. İlk matçın hansı meydanda olmasının fərqi yoxdur. Biz öz oyunumuzun üzərində işləyirik. Oyunumuzu rəqibə görə qurmayacağıq. Səfər qarşılaşmasında sərfəli nəticə qazanmaq istəyirik. Ən azı məğlub olmamalıyıq”.


Digər xəbərlər

Xəbər xətti