Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinin və yarımfinal oyunları davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycanın 2 idmançısı 1/4 final görüşünə çıxır, digər iki idmançımız isə yarımfinal görüşlərində yer alacaq.
1/4 final
Qadınlar
60 kq
Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60 kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Təmsilçimiz Olimpiya çempionu, dünya və Avropa çempionatlarının qalibi irlandiyalı Keti Teylorla qarşılaşacaq. Döyüşün iyunun 26-da saat 12:45-də başlayacağı gözlənilir.
Kişilər
75 kq
Xaybula Musalov kişilər arasında yüngül çəki (75kq) dərəcəsində belaruslu Vitali Bandarenka ilə mübarizə aparıb. Hər üç raundda rəqibindən üstün olan Musalov yarımfinala yüksəlib. O, finala gedən yolda macarıstanlı Zoltan Harksa ilə üz-üzə gələcək. İyunun 26-da keçiriləcək döyüşün startı saat 14:15-ə nəzərdə tutulub.
Yarımfinal
Kişilər
56 kq
Yığmamızın lidelərindən olan Tayfur Əliyev yarımfinal qarşılaşmasında rusiyalı Baxtovar Nazirov ilə görüşüb. Bu görüşdə idmançımız 1:2 hesabı ilə uduzub.
81 kq
Digər təmsilçimiz Teymur Məmmədov yüngül-ağır (81 kq) çəki dərəcəsində Rusiya idmançısı Pavel Silyaqinə qarşı yarımfinal görüşünə çıxıb və 2:1 hesabı ilə qalib gəlib. İdmançımızın finaldakı rəqibi rusiyalı Valentino Manfredonia olacaq. Həlledici döyüş sabah saat 19:00-da olacaq.