Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu bu gün keçirib.
Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz “Astana Arena”da Rusiya-2 komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolu Doğukan Öksüz vurub.
Xatırladaq ki, millimiz turnirdə iyunun 22-də keçirdiyi ilk oyununda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlmişdi.
Qrup mərhələsinin son oyununda yığmamız Gürcüstan komandası ilə qarşılaşacaq. İyunun 25-də keçiriləcək matç Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.