“Xəzər-Lənkəran”ın gənc futbolçusu Kamran Abdullazadə klubdan ayrıla bilər.
Sportarena.az xəbər verir ki, futbolçu üçün 2 variant var – ya əvəzedici heyətə yollanacaq, ya da birdəfəlik komandadan gedəcək.
Bildirək ki, “Xəzər-Lənkəran” sabah təlim-məşq toplanışına start verəcək, futbolçu Kamran Abdullazadə bu toplanışa dəvət də almayıb.