"Borussiya" 19 yaşlı hücumçunu transfer edir

18:29 23 İyun 2015

“Brügge” klubunun hücumçusu Obbi Ulare Almaniya təmsilçisinin diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, gələcəyə böyük ümidlər vəd edən belçikalı fubolçunu Dortmund “Borussiya”sı rənglərinə bağlayır.

 

19 yaşı olmasına baxmayaraq, belçikalı forvard bu vaxta qədər “Anderlext”, “Lill”, “Vaskeal” və “Standard” klublarında çıxış edib. Bundesliqa təmsilçisi gənc futbolçunun keçidi qarşılığında “Brügge”yə 6,5 milyon avro ödəyəcək.

 

Geridə qalan mövsümdə Obbi Ulare 27 oyunda rəqib qapılarının torunu 5 dəfə topla silkələyib.


Digər xəbərlər

Xəbər xətti