Avropa Oyunlarında iştirakını başa vuran bəzi idmançılar öz ölkələrinə geri dönüblər. Elə təkcə ötən gün 1600 idmançı Azərbaycanı tərk edib.
Bunu jurnalistlərə açıqlamasında “Bakı2015”in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.
Eyni zamanda Saymon Kleq oyunların yayım keyfiyyətindən də danışıb:
“Hazırda Avropa Oyunlarının yayım keyfiyyəti istiqamətində təhlillər aparılır. Ümumiyyətlə, bizi oyunların yayım keyfiyyəti qane edir. Çünki bu oyunlar ilk dəfədir keçirilir. Yəni bundan əvvəl belə bir oyun olmadığı üçün biz yayımın keyfiyyətini onunla müqayisə də edə bilmirik. Amma ondan əminin ki, Avropa ölkəsində yayım çox keyfiyyətli aparılır. Əvvəlcədən heç kim əmin deyildi ki, oyunlar belə möhtəşəm alInacaq. Hər şey bizim gözlədiyimizdən də gözəl və yüksək səviyyədə alındı”.