"Qələbə qazandığım üçün sevinirəm. Layiqli qalibiyyət idi".
Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 91 kq çəki dərəcəsində 1/4 final mərhələsində fransalı Pol Bionqolonu məğlub edən boksçumuz Abdulqadir Abdullayev deyib.
İdmançımız görüşdən sonra rəqibi ilə arasında baş verən xoşagəlməz hadisəyə də aydınlıq gətirib:
"Rəqib haqsız qələbə qazandığımı düşünürdü. Onunla aramızdakı narazılıq da buna görə baş verdi. Rəqibə ikinci dəfə əl uzatdım, o da dönüb getdi".