Azərbaycanlı referilər Avropa Liqasında

12:35 24 İyun 2015

FİFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hakimlərimizdən Orxan Məmmədov “Beroe Star” (Bolqarıstan) – “Atlantas” (Litva), Rəhim Həsənov isə “Dudelanj” (Lüksemburq) – UCD (İrlandiya) matçını idarə edəcək. 

Qeyd edək ki, hər iki oyun iyulun 9-da keçiriləcək. 


9 iyul

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu


“Beroe Stara” (Bolqarıstan) – “Atlantas” (Litva)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Ramil Əhmədov
 
“Dudelanj” (Lüksemburq) – UCD (İrlandiya)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev


Xəbər xətti