Azərbaycan "Formula-1" yarışlarına 86 milyon dollar xərcləyəcək

14:11 24 İyun 2015

2016-cı ildə "Formula-1" yarışlarının mərhələlərindən biri Bakı küçələrində keçiriləcək. Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, ölkə gənc pilotları fəal şəkildə dəstəkləyəcək.

 

Sportarena.az xəbər verir ki, o, həmçinin gələcəkdə milli komandanın yaradılmasını da istisna etməyib: “Əlbəttə, biz istərdik ki, mərhələlər bizim bayrağımızın altında keçirilsin, yarışlarda bizim pilotlar, komanda və sponsorlar iştirak etsinlər. Bu layihədə çox böyük potensial görürük. Əminəm ki, bir müddətdən sonra biz bu layihə ilə fəal məşğul olacağıq. Şübhə etmirəm ki, nüfuzlu yarış seriyasında iştirak etmək ölkəmiz üçün maraqlı olardı”.

 

Nazir həmçinin gələcəkdə yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.

 

2016-cı il mərhələsinə gəldikdə isə, o əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.

 

Hələlik "Formula-1" yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridi: “Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”.(oxu.az)


Digər xəbərlər

Xəbər xətti