"Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.
Kişilər şpaqada növündə Azərbaycan yığmasının 4 üvzü mübarizə aparıb.
Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib ki, onlardan yalnız ikisi qələbə qazanıb. Əliyev 2, Həsənov isə 1 dəfə qalib gələrək yekunda 6-cı olub. 
Keçirdikləri 6 oyunun hamısında uduzan Məhərrəmov və Nəsibov isə qrup mərhələsini 7-ci başa vurublar. Bu nəticə ilə 1/16 finala yüksələ bilməyən təmsilçilərimiz mübarizəni dayandırıb.  
                       
                                               
 
                
                              
 
                       
                                            
 
