Müğənni Elnarə Xəlilova kökəlməkdən şikayətlənib.
Sənətçi sevdiyi idman növlərindən bəhs edib:
“Bütün idman növlərini sevirəm. Ən çox da yüngül atletikanı. İdmanla çox məşğul oluram. Amma arıqlaya bilmirəm. Əksinə kökəlirəm. Çünki orqanizmimdə maddələr mübadiləsi yaxşı getmir”.
E.Xəlilova xeyriyyəçilik işlərindən də söz açıb:
“Xeyriyyə işləri ilə tez-tez məşğul ola bilmirəm. Hərdən bacardığımı edirəm. Bundan sonra da xeyriyyə işlərimi davam etdirəcəm”. (axşam.az)