Bu gün Bakıda toplanan "Xəzər Lənkəran" futbolçuları komandanın həkim heyətinin nəzarəti altında tibbi yoxlamadan keçdilər.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu axşamdan futbolçular fiziki hazırlıq testləri verəcəklər. Fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin rəhbərliyi altında keçən proses futbolçuların toplanışdan öncə fiziki durumlarını müəyyənləşdirəcək.
Qeyd edək ki, komandanın təlim-məşq toplanışı üçün Türkiyənin Nevşehir şəhərinə yollanması 28 iyun səhər saatlarına nəzərdə tutulub.