Üzgüçülərimiz "Bakı-2015"də mübarizəni dayandırdı

13:00 25 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında üzgüçülük yarışları davam edir.

Bakı Su İdmanı Mərkəzində keçirilən yarışların ilkin mərhələsində Azərbaycanın 5 idmançısı mübarizə aparıb.
 
Təmsilçilərimizdən Murat Ayhan və Anton Jeltyakov 50 m brass üsulu ilə üzmək yarışlarına iştirak edib. Anton Jeltyakov   19-cu (29.21 san), M.Ayhan sonuncu (34.02) olub. Hər iki üzgüçümüz bu yarışlarda mübarizəni dayandırıb.

200 m arxası üstə üzən Riqori Kalminski 2.09.69 nəticə göstərib. Bu nəticə ilə 31-ci olan üzgüçümüz yarımfinala yüksələ bilməyib.

50 m  arxası üstə üzmək yarışlarında iştirak edən təmsilçimiz Yuliya Stisyuk isə  47 idmançı arasında 45-ci  (33.5 san) olub.

 
100 m məsafəyə batterflyay üsulu ilə üzən Aysu Bayramova yarışı sonuncu-36-cı pillədə başa vurub və növbəti mərhələyə yüksələ bilməyib.


Digər xəbərlər

Xəbər xətti