Keçmiş futbolçu Devid Bekhem böyük oğlu Bruklinlə balıq tutmağa yollanıb.
Sportarena.az xəbər verir ki, ata ilə oğul dincələrkən çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıblar. Devidlə Bruklinin eyni tərzdə olan geyimləri diqqətdən qaçmayıb.
Devid fotolara “Uşaqlarla vaxt keçirmək çox önəmlidir. Ata ilə oğul balıq ovunda...” sözlərini yazıb.