"Azərbaycanın hesabına növbəti qızıl medalı yazdırdığım üçün çox xoşbəxtəm. Rəqiblərim heç də asan boksçular deyildi".
Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında boks yarışlarında 81 kd çəki dərəcəsində qızıl medal qazanan Teymur Məmmədov deyib.
O, ən çətin görüşünün yarımfinalda olduğunu bildirib: "Amma mən bütün çətinliklərin öhdəsindən gəldim".
T.Məmmədov bildirib ki, qələbəni bu yaxınlarda dünyaya gələcək oğluna həsr edir.