“Bakı-2015” I Avropa Oyunlarında voleybol yarışlarının yarımfinal mərhələsi keçirilib.
Sportarena.az xəbər verir ki, qadınlardan ibarət komandamız finala çıxmaq uğrunda Türkiyə ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda millimiz 2:3 hesabı ilə məğlub olub. Digər yarımfinal oyununda isə Polşa Serbiyaya 3:2 hesabı ilə qalib gəlib.
Voleybolçularımız bürünc medal uğrunda görüşdə Serbiya ilə qarşılaşacaq. Matç iyunun 27-i Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Türkiyə və Polşa komandaları arasınad final oyununa isə saat 18:30-da start veriləcək.
25 iyun
20:15.Türkiyə - Azərbaycan - 3:2 (25:21, 23:25, 25:19, 23:25, 15:11)
17:00.Polşa - Serbiya - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12)