"Bakı-2015" I Avropa Oyunlarında bu gün çimərlik futbolu üzrə yarışlarda qrup mərhələsinin son oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, bugünkü nəticələrdən sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.
A qrupunda Azərbaycan - Portuqaliya qarşılaşması baş tutacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, Portuqaliya mübarizəni yarımfinalda davam etdirəcək, Azərbaycan millisi isə 5-ci yer uğrunda yarışacaq.
Qrupumuzun digər oyununda İsveçrə ilə Ukrayna növbəti yarımfinalçını müəyyənləşdirəcəklər.
Çimərlik futbolu, III tur
26 iyun
A qrupu
17:30. İsveçrə - Ukrayna 5:4
20:30. Azərbaycan – Portuqaliya 4:6