"Bakı-2015" : Cüdoçularımız məğlub oldular

14:40 26 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışları davam edir.

Sportarena.az xəbər verir ki, 1-i kişi, 4-ü qadın olmaqla yığmamımızın 5 üzvü mübarizəyə qoşulacaq.

 

Kişilər

73 kq


Azərbaycanı bu çəkidə təmsil edəcək Rüstəm Orucov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Yaromir Yezeklə (Çexiya) qarşılaşıb və ippona düşərək uduzub.

Qadınlar

63 kq

Bu çəkidə idmançımız Xanım Hüseynova Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib.  Cüdoçumuz son saniyələrdə tətbiq etdiyi yuko sayəsində 2:1 hesabı ilə qalib gəlib. O, 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gəlib və ippona düşərək uduzub.



Digər təmsilçimiz Nuriyyə Axundova  polşalı Aqato Ozdoba ilə üz-üzə gəlib və ippono düşüb.

70 kq

Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunur.  Validə Mirzəzadə 1/16 final mərhələsində saat 12:18-da Teymansla (Belçika) qarşılaşıb.   O, 112-ci saniyədə ipponla mübarizəni dayandırıb.


Digər təmsilşçisimiz  Nərgiz İbrahimova da  xorvatiyalı Barbara Matiçi ilə görüşdə ippona düşərək məğlub olub.


Digər xəbərlər

Xəbər xətti