"Bakı-2015" : Boksçumuz Lorenzo Sotomayor Azərbaycana 17-ci qızıl medalı qazandırdı

19:35 26 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün həm yarımfinal, həm də final görüşləri keçiriləcək.Azərbaycanın 6-sı kişi, biri qadın olmaqla 7 boksçusu rinqə çıxır

 

Kişilər

52 kq

Bu çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə bu gün boks yığmamıza ikinci qızıl medalı qazandırıb. O, həlledici görüşdə italiyalı Vinçenzo Pikkardini ilə qarşılaşıb.  Elvin Məmişzadə rəqibini 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. 


60 kq

Yığmamızın üzvü Albert Səlimov finala yüksəlmək uğrunda mübarizə aparıb. Onun rəqibi Sin Makkombu olub. Səlimov rəqibinə 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək finala adlayıb. O, həlledici görüşdə fransalı Sofian Oumina döyüşəcək. Səlimovun rinqə sabah, saat 18:15-də çıxacağı gözlənilir.


64 kq

Qızıl medal uğrunda yarışacaq digər boksçumuz Lorenzo Sotomayordur. O, həlledici görüşdə London Olimpiyadasının bürünc mükafatçısı Vinçenzo Manqiakapre (Böyük Britaniya) ilə qarşılaşıb və 3-0 hesabı ilə qalib gələn boksçumuz Azərbaycana 17-ci qızıl medalı qazandırıb.


69 kq

Millimizin qızıl medal ümidi olan Pərviz Bağırov yarımfinal döyüşünə çıxıb. O, finala gedən yolda böyük britaniyalı Joş Kelli ilə qarşılaşıb. Bu görüşdə rəqibini 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə məğlub edən boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Rusiya idmançısı Aleksandr Besputinlə üz-üzə gələcək. Döyüşün sabah, saat 18:45-də başlayacağı gözlənilir.


75 kq

Yığmamızın digər üzvü Xaybula Musalov da yarımfinal görüşündə qüvvəsini sınayıb. O, bu mərhələdə macarıstanlı Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 2:1 (29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanan Musalov finalda döyüşmək hüququ əldə edib. O, qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl O'Reilli ilə döyüşəcək. Görüşün sabah, saat 19:15-də başlayacağı gözlənilir. 



91 kq

Bu çəki dərəcəsində ölkəmizi Abdulqadir Abdullayev təmsil edir. O, finala vəsiqə uğrunda rusiyalı Sadam Maqomedovlə döyüşüb. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 29:28, 29:28) Abdullayev finala yüksəlib.

 

Qadınlar

60 kq

Qadınların yarışında mübarizəsini davam etdirən Yana Alekseyevna yarımfinal döyüşünə çıxıb. O, finala vəsiqə uğrunda London Olimpiadasının qalibi Keti Teylorla (İrlandiya) qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2 (38:38!, 38:38!, 38!:38). Alekseyevna "Bakı-2015"i bürünc medalla başa vurub. Bu, boks yığmamızın qazandığı 5-ci medal olub.


Digər xəbərlər

Xəbər xətti