"Neftçi"nin futbolçusu Ernest Nfor komandanın düşərgəsinə gedib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "Neftçi" ilə daha bir il müddətinə şərti müqaviləsi olduğu üçün klubla oyunçunun meneceri arasında danışıqlar aparılır.
Bildirilib ki, tərəflər arasında hər hansı nəticə əldə olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.