"Qələbəmi səngərdə olan yoldaşlarımıza həsr edirəm" - Elvin Məmişzadə

20:34 26 İyun 2015

"Finaldakı rəqibimi daha öncədən tanıdığım üçün çox rahat qələbə qazandım. Hətta deyə bilərəm ki, bu döyüş daha öncəki 3 görüşümün hamısından asan oldu".

Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 52 kq çəki dərəsində qızı medal qazanan Elvin Məmişzadə jurnalistlərə deyib.

O,  rinqdə öz taktikası olduğunu bildirib:

"Rəqiblərimi bacardığım qədər aldadıb zərbə endirməyə çalışıram. Finalda da bu taktikadan istifadə etdim və heç bir çətinlik yaşamadım. “Bildiyiniz kimi, bu gün Azərbaycanın Silahlı Qüvvələr Günüdü. Buna görə qələbəmi ilk öncə ailəmə, sonra isə səngərdə olan yoldaşlarımıza həsr edirəm”.


Xəbər xətti