"Hər şey gözlədiyim kimi oldu" - Kollazo Sotomayor

01:05 27 İyun 2015

"Hər şey gözlədiyim kimi oldu və mən qalib gəldim".

Sportarena.az Trend-ə istinadən xəbər verir ki, "Bakı-2015" Birinci Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Kollazo Sotomayor deyib.

Gələcək planları haqqında danışan S.Kollazo məşqlərini davam etdirəcəyini bildirib:

 "Bundan sonra növbəti dünya çempionatı üçün məşqlərimi davam etdirəcəyəm və çalışacağam ki, bugünkü kimi uğur qazanaraq mənə bu cür yaxşı münasibət göstərən xalqın himnini səsləndirim və bayrağını qaldırım".


Xəbər xətti