Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final oyununa çıxıb.
Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İspaniya yığmasına qarşı keçirilən həlledici matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşma bu hesabla yekunlaşdığı üçün turnirin Əsasnaməsinə uyğun olaraq qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 4:1 hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.
Millimiz isə ikinci pillə ilə kifayətlənib.