2015-2016 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun komandası Bakı “İnter”i ilə qarşılaşacaq.
Bu, komandalar arasında ardıcıl 2-ci yoxlama matçı olacaq. İyunun 24-də baş tutan görüşdə “Qəbələ” Aleksey Antonovun qolu ilə qalib gəlmişdi – 1:0.
Matç Qəbələ şəhər stadionunda saat 20:00-da start götürəcək.
Xatırladaq ki, 4-cü yoxlama oyununu keçirəcək “qırmızı-qaralar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub edib.