"Bakı 2015"də Azərbaycan idmançıları şənbə günü beş müxtəlif idman kateqoriyası üzrə yarışlarda mübarizə aparacaqlar.
Qılıncoynatma yarışları, saat 9:00-dan etibarən
Cümə axşamı, qadınlar arasında fərdi sablya yarışlarında müvafiq olaraq gümüş və bürünc medal qazanan Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc Bunyatova sablya üzrə komanda yarışlarında da medal qazanmağa iddialıdırlar. Bu məqsədlə onlar, saat 09:30-da Bakı Kristal Zalda dörddəbir final mərhələsi çərçivəsində Ukraynanı təmsil edən güclü komanda ilə mübarizə aparacaqlar.
Cüdo yarışları, saat 12:24-dən etibarən
Şənbə günü saat 13:54-də, 100 kq-adək çəki dərəcəsi üzrə kişilər arasında cüdo yarışında, Avropa Çempionatlarının gümüş və bürünc medalçısı, yerli idmançı Elmar Qasımov yaxşı çıxış edəcəyinə inanır.
Voleybol yarışları, saat 16:00-dan etibarən
Şənbə günü saat 16:00-da Bakı Kristal Zalda Azərbaycan komandası bürünc medal uğrunda Serbiya komandası ilə mübarizə aparacaq. Həmyerlilərimizdən ibarət yığma, yerli azarkeşlərin qarşısında qələbə qazanmağı bacararsa, bu, onların beynəlxalq voleybol yarışlarında ilk medalı olacaq.
Boks yarışları, saat 18:00-dan etibarən
Bakı Kristal Zalda şənbə günü keçirilməsi planlaşdırılan boks yarışlarının finalında. bütün dörd çəki üzrə Azərbaycan idmançıları mübarizə aparacaqlar.
İlk olaraq mübarizəyə saat 18:15-də 60 kq çəkidə mübarizə aparan Albert Səlimov qatılacaq. Onun ardınca isə mübarizəyə 69 kq, 75 kq və 91 kq çəkilərdə Parviz Bağırov, Xaybula Musalov, Abdulqədir Abdullayev qoşulacaq.
Üzgücülük yarışları, saat 09:30-dan, final yarışları isə 17:30-dan etibarən
Bakı 2015 ilk Avropa Oyunlarının sonuncu günü Bakı Su İdmanı Mərkəzində yerli azakeşlər, kişilərin üzgüçülük idmanı üzrə 4x100 metr məsafəyə kompleks ötürmə kateqoriyasında keçiriləcək yarışlarında yerli idmançıları dəstəkləyəcəklər. Onlar Rusiya, Böyük Britaniya və Almaniya komandaları kimi güclü komandalar ilə mübarizə aparacaqlar.