Avropa Liqasında çıxış edəcək Azərbaycan klubları iştirak ərizələrini UEFA-ya təqdim edib.
Sportarena.az xəbər verir ki, iyulun 2-də ilk oyununa çıxacaq təmsilçilərimiz I təsnifat mərhələsinin görüşləri üçün heyəti müəyyənləşdirib.
“İnter” iştirak ərizəsinə 22 futbolçunun adını daxil edib.Nisbətən az futbolçu sifariş edən “Qəbələ”nin siyahısında hələlik 20 oyunçu yer alıb. Avropa Liqasına 24 futbolçu ilə qatılacaq “Neftçi” isə daha çox gənclərə güvənəcək.
“İnter”
Qapıçılar: Georgi Lomaya, Səlahət Ağayev, Elşən Poladov
Müdafiəçilər: Sertan Taşkın, Xuan Fransisko, Laşa Kasradze, Denis Silva, Mansur Nəhavəndi, Abbas Hüseynov
Yarımmüdafiəçilər: Slavço Georgiyevski, Nika Kvekveskiri, Nizami Hacıyev, Mirsahib Abbasov, Mirhüseyn Seyidov, Fuad Bayramov, Elnur Süleymanov
Hücumçular: Sezar Meza Kolli, Rauf Əliyev, Yuri Fomenko, Dieqo Madriqal, İlkin Sadıqov, Bilal Qəmbərov
“Qəbələ”
Qapıçılar: Andrey Popoviç, Dmitri Bezotosnı, Anar Nəzirov
Müdafiəçilər: Vojislav Stankoviç, Ruslan Əmircanov, Məhəmməd Mirzəbəyov, Rikardinyo, Arif Daşdəmirov, Vitali Vernidub, Ürfan Abbasov, Rafael Santos
Yarımmüdafiəçilər: Georgi Floresku, Rəşad Sadiqov, Asif Məmmədov, Cavid Hüseynov, Aleksey Qay, Samir Zərgərov
Hücumçular: Sergey Zenyov, Dodo, Aleksey Antonov
“Neftçi”
Qapıçılar: Aqil Məmmədov, Ruzi Qiyaslı, Maksim Vaylo
Müdafiəçilər: Rahil Məmmədov, Xuan Alberto, Əziz Quliyev, Kamal Qurbanov, Məqsəd İsayev, Orxan Bəşirov
Yarımmüdafiəçilər: Araz Abdullayev, Elşən Abdullayev, Flavinyo, Erik Ramos, Rəhman Hacıyev, Kaue de Sesilyo, Fəhmin Muradbəyli, Kamran Nəcəfzadə, Nicat Qurbanov, Orxan Qurbanlı, Elvin Bədəlov
Hücumçular: Məhəmməd Qurbanov, Ruslan Qurbanov, Samir Məsimov, Mirabdulla Abbasov