Könül Nurullayeva: "Azərbaycanın bu yarışlarda göstərdiyi nəticələr hamını çox sevindirir"

13:17 27 İyun 2015

"Ümid edirəm ki, biz hazırkı pilləni qoruyub saxlaya biləcəyik və Azərbaycanın idman tarixinə adımızı qızıl hərflərlə yaza biləcəyik."

Sportarena.az xəbər verir ki, bunu Azərbaycanın I Avropa Oyunlarındakı nümayəndə heyətinin sədri Könül Nurullayeva bu gün keçirilmiş mətbuat konfransında deyib.

O bildirib: “Əldə etdiyimiz uğur dövlətimizin, idmançıların uğurudur. Mən çox böyük qürur hissi keçirirəm. Bu, bizim üçün böyük nailiyyətdir".

Nümayəndə heyəti qeyd edib ki, Azərbaycanın bu yarışlarda göstərdiyi nəticələr hamını çox sevindirir.


Digər xəbərlər

Xəbər xətti