Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışları keçiriləcək. Azərbaycanın daha 4 boksçusu rinqə çıxacaq.
27 iyun
Kişilər
60 kq
Yığmamızın üzvü Albert Səlimov qızıl medal uğrunda yarışda fransalı Sofian Oumina ilə üz-üzə gəlib və rəqibini 3:0 hesabı məğlub edən idmançımız qızıl medal qazanıb.
69 kq
Bu çəki dərəcsində mübarizə aparan Pərviz Bağırov həlledici görüşdə rusiyalı Aleksandr Besputinlə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.
75 kq
Qızıl medal uğrunda yarışacaq digər boksçumuz Xaybula Musalovdur. O, finalda irlandiyalı Maykl O Reylli münasibətlərinə aydınlıq gətirib. İdmançımız rəqibinə uduzaraq gümüş medala yiyələnib.
91 kq
Millimizin qızıl medal ümidi olan Abdulqadir Abdullayev üçün final döyüşü prinsipial xarakter daşıyırdı. Belə ki, boksçumuz finalda erməni əsilli Ukrayna təmsilçisi Qevorq Manukyanla üz-üzə gələcəkdi,lakin rəqib idmançı döyüşdən imtina edib. Bununla da, Azərbaycan idmançısı Abdulqadir Abdullayev qalib elan olunaraq qızıl medal sahibi olub.